İdman 18:09 09.11.2018

"Qarabağ"ın rəqibinin baş məşqçisi müəyyənləşdi

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sportinq"in yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Portuqaliya təmsilçisinə bundan sonra Marsel Keyzer başçılıq edəcək. 44 yaşlı mütəxəssis bu postda bir neçə gün əvvəl istefaya göndərilən Joze Pezeyrunu əvəzləyib. Holland məşqçi ilə 2021-ci ilin yayınadək müqavilə imzalanıb.

Marsel Keyzer məşqçi karyerası ərzində Hollandiyanın "Arqon", VVSB, "Telstar", "Emmen", "Kambuur", "Yonq Ayaks", "Ayaks" və Birləşmiş Ərəb Əmiriklərinin "Əl Cəzirə" klublarını çalışdırıb.

Qeyd edək ki, "Sportinq" sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.