Foto 09:29 11.06.2019

Qarabağın sonuncu şəhidi (FOTO)

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu iyunun 9-da şəhid olub. 

Şəhid Gədəbəy rayonunun İnəkboğan kəndinin inzibati ərazi dairəsində dəfn olunub.

2000-ci il təvvəllüdlü Elşən Xəlilov Gədəbəy rayonunun İnəkboğan kənd inzibati ərazi dairəsinə daxil olan Köhnəqışlaq kənd sakini idi.

Şəhidin yeni şəkillərini təqdim edirik. (Modern.az)