"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi son iki ev oyunun biletləri satışa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, Ukraynanın "Vorskla” klubu ilə matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) manat arasında dəyişir.

Portuqaliya "Sportinq”i ilə matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VİP) manatadır. 

Azarkeşlər biletləri "Qarabağ” FK (Fan-Şop), Gənclik Mall, 28 Mall, ASAN Xidmət (1,2, 3, 4 və Sumqayıt), iticket satış məntəqələri və iticket.az saytından əldə edə bilərlər. 

Qeyd edək ki, "Qarabağ" - "Vorskla" matçı oktyabrın 25-də, "Qarabağ - "Sportinq" görüşü isə noyabrın 29-da keçiriləcək. Hər iki qarşılaşma saat 20:55-də başlayacaq.