İdman 22:54 29.09.2018

"Qarabağ"la "Neftçi" qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında VI tura start verililib.

Qaynarinfo xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı "Bakcell Areana"da baş tutub. Turnir cədvəlinin iki liderindən biri olan "Neftçi" "Səbail"i qəbul edib. Oyun "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin heyətində Dario FederikoBaqali Dabo dubl edib.

Bu komandalar çempionat oyunlarında 5-ci dəfə üz-üzə gəliblər. Paytaxt təmsilçilərinin son 4 oyununda "Neftçi” qalib gəlib. Topların fərqində də flaqmanın üstünlüyü var - 13:2.

"Neftçi" ilə eyni xala malik olan "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşıb. İlk dəfə üz-üzə gələn rəqiblərin oyununda 82 dəqiqə qol olmayıb. Bundan sonra 2 qol vuran "Qarabağ" qələbə qazanıb. Ağdam klubunun heyətində Miçel İnnosent Emeqara fərqlənib.

Qeyd edək ki, turun digər iki matçı isə sabah keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə", "Sumqayıt" "Zirə" ilə qarşılaşacaq.
 
Premyer Liqa
I dövrə, VI tur

29 sentyabr
Neftçi - Səbail 4:0
Qollar: Dario Federiko, 7; 42. Baqali Dabo, 25; 69.
"Bakcell Arena”.

Sabah - Qarabağ 0:2
Qollar: Miçel, 82. İnnosent Emeqara, 88.
"Əlincə Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

6

5

1

0

13:3

13

2

Qarabağ

6

5

1

0

13:4

16

3

Sabah

6

3

1

2

5:6

10

4

Sumqayıt

5

2

1

2

7:6

7

5

Səbail

6

2

1

3

5:10

7

6

Qəbələ

5

1

1

3

6:8

4

7

Keşlə

5

0

1

4

4:9

1

8

Zirə

5

0

1

4

5:12

1

Bombardirlər

Marko Deviç (Sabah) - 5. Baqali Dabo (Neftçi), İnnosent Emeqara (Qarabağ) - 4.