İdman 10:16 10.11.2017

"Qarabağ"la oyundan öncə "Çelsi"də ağır itki

"Çelsi" "Qarabağ"la oyundan əvvəl itki ilə üzləşib. "Qaynarinfo" xəbər verir ki, London klubunun hücumçusu Mişi Batşuayi sıradan çıxıb.

24 yaşlı futbolçu Belçika millisinin heyətində zədələnib. Meksika və Yaponiya ilə yoxlama oyunlarına çağırılan Batşuayi məşqdə zədə alıb. Futbolçu rentgen müayinəsəindən keçsə də, təkrar yoxlanış üçün Londona qayıdıb. Onun nə qədər yaşıl meydanlardan kənarda qalacağı hələlik bilinmir.

Qeyd edək ki, Batşuayi cari mövsümdə "Çelsi"nin heyətində 13 rəsmi oyuna çıxıb və 7 qol vurub. O, komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Qarabağ"ı 6:0 hesabı ilə yendiyi oyunun 76-cı dəqiqədə fərqlənib. 

"Qarabağ"la "Çelsi" arasında cavab oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21.00-da başlayacaq.

Qaynarinfo.Az