İdman 12:23 25.05.2018

"Qarabağ"dan İtaliyaya transfer: Qapıçı məşhur kluba keçir

"İbrahim Şehiç gələn təklifə görə "Qarabağ"dan ayrıldı". 

Qaynarinfo xəbər verir ki, bu sözlər "Qarabağ"ın kapitanı, U-20 və U-21 millilərimizin baş məşqçisi Rəşad Sadıqov deyib.

Kapitan komandanın futbolçularna tanınmış klublardan təkliflər olduğunu bildirib: "Artıq rəqabət aparmaq da olmur. "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib. Çempionlar Liqasında çıxış etdiklərindən, hamıya təkliflər var. Pul söhbəti deyil. Hamısı gözüyaşlı gedir. Deyirlər ki, getmək, ayrılmaq istəmirik, amma bu da həyatımızın şansıdı. Bu cür komandadan, belə ölkələrdən təklif gəlir. Heç birini qınamaq olmur. Çünki elə təkliflər gəlir ki, "yox" demək olmur. Özünüz də onun necə kluba gedəcəyini görəcəksiniz.

Rəşad onlar üçün çətin transfer dövrünün olacağını deyib: "Bizim üçün ən çətin transfer dövrü olacaq. Komandada yenilənmə gedəcək. Gedənlər kimi gələnlər də çox olacaq. Yeni gələnlərin hansı səviyyədə olacağı bilinmir. Ən çətin transfer dönəmi yaşayacağıq". 

Qeyd edək ki, Şehiçin İtaliyanın A Seriyasında çıxış edən "Parma" klubuna keçəcəyi deyilir.