Qaraciyəri lal orqan adlandıdırlar. Bunun səbəbi qaraciyərdə sinir ucların olmaması və bu səbəbdən ağrımamasıdır.

Qaynarinfo saglamolun.az-a istinadən bildirir ki, bəzən qaraciyərdə hətta ciddi dəyişikliklər olduqda insan bu nahiyədə heç bir ağrı hiss etmir.

Bu səbəbdən qaraciyər xəstəliklərinin ilk gizli simptomları bilmək vacibdir ki, insan vaxtında həkimə müraciət edə bilsin.

Qaraciyər xəstəliklərinə işarə edə bəzi gizli simptomları təqdim edirik:

1. Qida qəbulundan, xüsusilə yağlı qidaların qəbulundan sonra həzmsizlik simptomları - köp, qarında ağırlıq hissi, bəzən ishal.

2. Oynaq və əzələlərdə səbəbsiz ağrılar.

3. Səbəbsiz yorğunluq.

4. Dəridə qaşınma, səpgilərin əmələ gəlməsi, dərinin rənginin pisləşməsi.

5. İştahanın azalması, arıqlama.