Dünya 10:17 13.06.2019

Qasırğa 300 min insanın evakuasiyasına səbəb oldu

Hindistanda Vayu tropik qasırğası səbəbilə 300 min insan evakuasiya edilərək 700 sığınacaqda yerləşdirilib.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, ölkənin şimal-qərb hissəsində müşahidə edilən qasırğadan təxminən 6 milyon insanın zərər çəkməsi gözlənilir. 

Vayunun sürəti saatda 170 km-ə çatacaq və 15 iyuna qədər ölkə ərazisində təsirini qoruyacaq. Ötən gün Mumbayın 300 km məsafəsindən keçən qasırğa hazırda Qucarat sahillərinə yaxınlaşır.

Qeyd edək ki, Vayu Hindistanda 1998-ci ildən bəri müşahidə edilən ən güclü qasırğa hesab edilir.

Gülşən