Dünya 19:31 11.10.2018

Qasırğa Hindistanda 8 can aldı

Hindistanın şərq bölgələrində, Orissa və Andra Pradeş əyalətlərində müşahidə edilən "Titli" qasırğası səbəbilə 8 nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, ölən şəxslər qasırğanın yaratdığı seldə boğulub, çökən divarların və aşan ağacların altında qalıb. 

300 min nəfər təhlükəsiz yerlərə təxliyyə edilib, 800-dən çox sığınacaq yaradılıb. Bölgədə təyyarə və qatar səfərləri təxirə salınıb.

Gülşən