Foto 16:16 16.02.2020

Qasırğa səbəbindən Britaniyada daşqın təhlükəsi elan olundu (FOTOLAR)

Uelsin cənubunda güclü yağış və küləklərlə bağlı ən yüksək dərəcəli (qırmızı rəngli) xəbərdarlıq elan olunub.

Qaynarinfo xəbər verir ki, Britaniya üzrə caylarda suyun səviyyəsinin qalxması ilə bağlı 300-dən çox daşqın təhlükəsi barədə xəbərdarlıqlar edilib.

Şotlandiyada iki nəfərin avtomobilləri Nyukastleton məntəqəsi yaxınlığında yağış və qasırğalı külək nəticəsində yolun üzərindən yuyulub aparılıb və onların xilas edilməsi tələb olunub.

Britaniya meteoroloji xidmətinin məlumatına görə, şənbə günü küləyin gücü təxminən 146 km/saat təşkil edib. Uelsdəki Brekon Beakons Milli Parkındakı isə yağış suyunun qalınlığı 142mm səviyyəsində qeydə alınıb.

Şənbə və bazar günləri qasırğanın ən güclü təsirinə məruz qalan ərazilərdə yerli sakinlər daşqın riskiylə üzləşib.

İngiltərədə 200 daşqın təhlükəsi xəbərdarlığı, Şotlandiyada - 40 və Uelsdə 70-dən çox daşqın təhlükəsi xəbərdarlığı elan olunub.

Qasırğalı hava ilə əlaqədar Britaniyada bazar günü ümumilikdə 170-dək aviareysi təxirə salınıb.

Qasırğa Edinburq, Qlazqo, Nyukasl, Soutend, Stansted, Heatrov və Qatvik aeroportlarının iş ahənginə təsir göstərib.

Uels cənubunda, İngiltərə və Şotlandiyanın bəsi hissələrində dəmiryol xidməti işini müvəqqəti olaraq dayandırıb.