Dünya 18:10 04.09.2013

Qasırğa Yaponiyanı viran qoydu

Ötən gün Yaponiyanın şimalından keçən Tornado ciddi dağıntılara səbəb olub.

Anspress xəbər verir ki, xəsarət alan olmasa da, region infrastrukturuna ziyan dəyib. Qasırğa evlərin damlarını uçurub, şüşələri qırıb. Toçiqi prefekturasının Yaita şəhərində küləyin aşırdığı ağaclar onlarla avtomobili əzib, məktəblərə və digər obyektlərə ziyan dəyib. 

Kanuma şəhərində isə Tornado və şimşək çaxması elektrik enerjisi naqillərinə ziyan vurub. Hərəkətdə olan dəmiryol qatarları saxlanılıb, sərnişinlər saatlarla yolda gözləməli olublar.


Qaynar.info