Dünya 15:50 08.06.2018

Qasırğadan sonra aclıq başladı: BMT xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən ay Yəmənin Sokotra adasında baş verən Mekunu qasırğasından sonra sakinlərin aclıq təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb.

Qaynarinfo xəbər verir ki, BMT yardım təşkilatları ilə birlikdə ortaq hesabat yayımlayıb.

"Qasırğadan sonra qida yardımı edilməzsə, Sokotra adasının sakiləri aclıq riski ilə üz-üzə qalacaq" deyə hesabatda xəbərdarlıq edilir.