Foto 11:40 04.12.2017

Qaynarinfo-da 1 ay ərzində xəbərlər 7,5 milyon dəfə oxundu - STATİSTİKA

Ötən ay Qaynarinfo.Az portalında 7.5 milyon xəbər oxunması (səhifələnmə) qeydə alınıb.

Ay ərzində 1,2 milyon unikal ziyarətçinin qeydə alındığı Qaynarinfo-da hər bir oxucu ortalama 6 xəbər oxuyub.

Google Analytics göstəricilərinə görə, saytın oxucularının 50,7 faizi xəbərləri bilgisayardan, 46,08 faizi mobil telefonlardan, 3,23 faizi isə tabletlərdən oxuyur.

Oxucuların 85 faizini daimi (geri qayıdan) kimi qeydə alan Google Analytics-in göstəricilərinə görə sayt ay ərzində 15 faiz yeni oxucu əldə edib.

Ay ərzində saytı ziyarət edənlərin 77 faizinin kişi, 23 faizi qadın olub.

Oxucuların yaş qrupuna gəldikdə isə, onların 65 faizinin 35 yaşdan yuxarı olduğu qeydə alınıb.

Ən sonda onu da qeyd edək ki, Qaynarinfo-nu ziyarət edən ölkələrin ilk üçlüyündə Azərbaycan (92,9), Rusiya (2.68) və Türkiyə (1,06) qərarlaşıb.