Foto 10:00 27.11.2017

"Qaynarinfo" eksklüziv reklam hüquqları təklif edir - ELAN

Qaynarinfo.az saytı 2018-ci il üçün eksklüziv reklam hüquqlarını etibar edə biləcəyi tərəfdaş axtarır.

11 ildir fəaliyyət göstərən Qaynarinfo portalı ölkənin ilk xəbər resurslarından biri olmaqla, həm də ən reytinqli saytlardan biridir.

Saytın aylıq giriş sayı 1,5 milyon civarında, aylıq səhifələnməsi (oxunan xəbərlərin sayı) 6 milyondan artıqdır.

Qaynarinfo 2018-ci il üçün bir illik və ya daha uzun müddətli reklam tərəfdaşlığı təkliflərinə açıqdır. 

Tərəfdaş şirkət portalın reklam konsepsiyasını hazırlamalı, potensial müştərilərlə danışıqlar aparmalı və satış siyasətini həyata keçirməlidir.

Arzu edən reklam şirkətlərinin təkliflərini dinləməyə hazırıq. 

Müraciət üçün son tarix 15 dekabrdır.

Əlaqə: 
Tel: (050) 243 00 99