Video 22:23 20.11.2018

Qaz borusundan su fışqırır: Səbəb isə maraqlıdır (VİDEO)

Sabirabad rayon Zəngənə kəndinə mavi yanacaq verilsə də, sakinlər hələ də mənzillərində qazdan istifadə edə bilmirlər. Səbəb isə qazın gəlməməsi deyil. Qaz borusuna su dolmasıdır.

Qaz borusundan su fışkırır.

Bura sabirabad rayonunun Zəgənə kəndidir. 599 abonenti olan kəndəbu ilin iyun ayında mavi yanacaq verilsədə, bəzi abonentlərhələdə evlərində qazdan istifadə edə bilmirlər. Sakinlər deyir ki, bir müddət əvvəl qaz borusunun içərisinə su dolub.

Qaz borusunun su ilə dolması səbəbindən qaz sayğacları da sıradan çıxıb..Hətta həmin maye borudan çıxaraq ətrafa da fontan vurub.

Sakinlər məsələ ilə bağlı aidiyyatı üzrəmüraciət etsələr də, problem aradan qaldırılmayıb.Baş vermiş problemlə bağlı Azəriqaz İstehsalat Birliyin Şöbə Müdürü İbrahim Kərbəlayev bir neçə gün bundan əvvəl kəndə daxil olan qaz xəttində qəza baş verdiyini , qaz borusuna mayenin daxil olduğunu bildirib.. Və vətəndaşların haqlı şikayəti nəzərə alınaraq qıza müddətdə boruya daxil olmuş suyun xüsusi kompressorlar vasitəsi ilə boşaldılacağını deyib.