Ölkə 14:28 19.11.2017

Qazaxda faciə: ölən və xeyli sayda yaralı var

Bakı-Qazax-Gürcüstan yolunda ağır yol qəzası baş verib. "Qaynarinfo" xəbər verir ki, hadisə yolun Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. 1993-cü il təvəllüdlü Qazaxbəyli kənd sakini Abayev Allahverdi Yasin oğlu qəzada dünyasını dəyişib.

Yaralılar bunlardır:

Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu
Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu
Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Əşrəf oğlu
Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu
Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu 
Qəza zamanı "Volkswagen" və "Opel Vectra" markalı avtomobillər toqquşub.

Qaynarinfo.Az