Video 15:00 17.06.2018

Qazaxıstanda sərnişin qatarı relsdən çıxdı: ölən və yaralananlar var (VİDEO)

Qazaxıstanın Cambıl vilayətində sərnişin qatarının vaqonları relsdən çıxıb.

Qaynarinfo-nun məlumatına görə, Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, vaqonların relsdən çıxması nəticəsində 1 yeniyetmə həyatını itirib, 3 nəfər xəsarət alıb.

Sosial şəbəkələrdə yerləşdirilən videogörüntüdə sərnişinlərin vaqonların sınmış pəncərələrindən çıxdıqları görünür.