Dünya 11:00 25.06.2019

Qazaxıstanda silah anbarındakı partlayışda 2 nəfər ölüb, 165 yaralı var

Qazaxıstanın Türküstan vilayətinin Arıs şəhərində yerləşən hərbi hissənin silah-sursat anbarında ötən gün baş verən partlayış 2 nəfərin həyatına son qoyub.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, həlak olanlardan biri hərbçi, digəri isə mülki şəxsdir. Partlayış nəticəsində ümumilikdə 165 nəfər xəsarət alıb, onlardan 89-u xəstəxanaya yerləşdirilib, 15 nəfərin vəziyyəti ağırdır. 

Gülşən