Dünya 09:56 19.07.2019

Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin edildi

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev yeni vəzifəyə təyin edilib.

Qaynarinfo xəbər verir ki, Qazaxıstan prezidentinin rəsmi saytında yayımlanan məlumata görə, B.İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub. Fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.

Həmin fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, B.İsabayev 2015-ci il mart ayından bəri Qazaxıstanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı.
 
Gülşən