İdman 17:58 28.11.2018

"Qəbələ" Gənclər Liqasını məğlubiyyətlə tərk etdi

"Qəbələ"nin U-19 komandası UEFA Gənclər Liqasında Çempionlar yolunun II mərhələsinin cavab oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, ölkə futbolu tarixinə bu turnirdə mərhələ keçən ilk komanda kimi düşən U-19-lar arasında Azərbaycan çempionu "Herta"nın qonağı olub.

Emin İmaməliyevin yetirmələri 3 həftə əvvəl Qəbələdə keçirilən oyunda 1:3 hesabı ilə uduzduğundan mərhələ keçmək üçün möcüzəyə imza atmalı idi. Lakin "qırmızı-qaralar" möcüzəni gerçəkləşdirə bilməyib. 11-ci dəqiqədə Almaniya klubunun qapısına penalti təyin edilsə də, kapitan Əli Sadıxovun zərbəsini qapıçı dəf edib. 24-cü dəqiqədə "Qəbələ"nin qapısına penalti təyin edilib və Məhəmməd Kipritin zərbəsi dəqiq olub. Bundan sonra oyunda qol vurulmayıb. Beləliklə, "Qəbələ" Gənclər Liqasında çıxışını başa vurub.

Berlinin bu nəticə ilə fəth olunması inandırıcı görünməsə də, mümkünsüz də deyil. Hər halda Azərbaycan çempionu turnirin pley-offuna yüksəlsə, tarixi nailiyyət olacaq. Çünki indiyədək heç bir klubumuz bu raunda qədər irəliləməyib.
 
Gənclər Liqası
Çempionlar yolu
II mərhələ, cavab oyunu

28 noyabr
Herta (Almaniya) - Qəbələ (Azərbaycan) 1:0
Qol: Məhəmməd Kiprit, 24-pen.
İstifadə olunmayan penalti: Əli Sadıxov, 11.
Herta: 12. Florian Palmovski, 9. Jessik Nqankam (k) (8. Yonas Mixelbrink, 73), 11. Dennis Castrzembski (10. Miralem Ramits, 64), 15. Luka Elias Naumann (14. Ruven Vertmüller, 46), 20. Ransford Koniqsdorffer (19. Julian Albrext, 46), 21. Elias Tamim (18. Maksimilian Qurşke, 84), 24. Mateo Kastrati, 31. Sonni Ziemer, 35. Florian Krebs, 36. Məhəmməd Kiprit, 37. Panzu Ernesto.
Ehtiyat oyunçular: 1. Luis Klatte, 16. Paul Krüger.
Baş məqşçi: Maykl Hartmann.
Qəbələ: 12. Əmrah Zülfüqarlı, 2. Rüstəm Nuruyev (13. Nicat Əliyev, 90), 3. İzzət Müştaqov, 4. Vüsal Məsimov, 6. Faiq Hacıyev, 7. Əli Sadıxov (k), 8. Abbas Ağazadə (14. Fərid İsgəndərov, 90), 10. Təbriz İsazadə, 11. Samir Qurbanov (9. Əli Mürsəlov, 87), 15. İdris İnqilablı (18. Nicat Oruclu, 87), 17. Rauf Məhərrəmov (16. Veysəl Rzayev, 57).
Ehtiyat oyunçular: 1. Elməddin Sultanov, 5. Arsen Ağcabəyov. 
Baş məqşçi: Emin İmaməliyev.
Sarı vərəqələr: Sonni Ziemer, 10. Luka Elias Naumann, 14. Panzu Ernesto, 21. Elias Tamim, 60 - Faiq Hacıyev, 57.
Hakimlər: Ferens Karako, Tibor Çatari, Norbert Bornemissa (Macarıstan), Lasse Koslovski (Almaniya).
Berlin. "Vurfplats” stadionu.
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!