İdman 12:11 04.08.2018

"Qəbələ" klubu Azərbaycan çempionatından imtina etdi

"Qəbələ" rəhbərliyi əvəzedicilərin I divizionda iştirak etməsini istəmir.

Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, informasiyanı Azərbaycan radiosu yayıb. Bölgə təmsilçisinin idarəçiləri bunu maliyyə itkisi saydığı üçün əvəzedicilərinin I divizionda iştirakına razılıq vermir. Məsələylə bağlı AFFA və PFL də məlumatlandırılıb.

Futbol qurumu isə klub rəhbərliyini yola gətirmək üçün danışıqlara başlayıb.