İdman 15:32 28.03.2018

"Qəbələ" klubu Rauf Əliyevlə müqavilə bağlayıb

"Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. 

Qaynarinfo xəbər verir ki, "qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb. 29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər "Qəbələ"də çıxış edəcək. 

Son klubu Albaniya təmsilçisi "Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində "Qarabağ” (2006-2013), "Bakı” (2013-2014), "Xəzər Lənkəran” (2014-2015), "Neftçi” (2015), "İnter” (2015-2017) klublarının da formasını geyinib. Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.