İdman 23:29 19.07.2018

"Qəbələ" Lüksemburqda qələbə qazansa da, mərhələ adlaya bilmədi

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. 

Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Qəbələ" Lüksemburqda "Proqres"lə qarşılaşıb.

"Qırmızı-qaralar" doğma meydandakı ilk oyunda 0:2 hesabı ilə uduzmuşdu. Sənan Qurbanovun başçılıq etdiyi komandaya yenilginin əvəzini çıxaraq mərhələ adlamaq üçün 3 cavabsız qolla qalib gəlmək lazım idi. Amma "Qəbələ" buna nail olmayıb. Oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 28-ci dəqiqədə Yozef Monroz imza atıb. 80-ci dəqiqədə isə Təmkin Xəlilzadə qırmızı vərəqə alıb.
 
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu

19 aprel
Proqres (Lüksemburq) - Qəbələ (Azərbaycan) 0:1
Qol: Yozef Monroz, 28.
Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 80.
Proqres: 1. Sebastyan Floss, 7. Mayron de Almeyda, 9. Yannik Bastos (87. Aleksandr Karapetyan, 30), 10. Olivye Till (5. Ben Vogel, 90), 14. Emmanuel Fransuaz (70. Matias Markes, 85), 19. Mario Mutş, 20. Cordan Qobron, 22. Marven Martens, 23. Adrian Ferino, 31. Sebastyan Till (k), 34. Tim Hall.
Ehtiyat oyunçular: 13. Çarli Şinker, 8. Dino Ramdedoviç, 21. Kevin Kerger, 28. Romeu Torres.
Baş məşqçi: Paolo Amodio.
Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 10. Rauf Əliyev, 11. Asif Məmmədov (21. Lalavele Atakora, 56), 14. Cavid Hüseynov (k), 17. Sequn Adeniyi, 18. İlqar Qurbanov, 28. Jozef Monroz, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 4. Elvin Camalov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 13. Hacıağa Hacıyev, 27. Bəhlul Mustafazadə.
Baş məşqçi: Sənan Qurbanov.
Sarı vərəqələr: Aleksandr Karapetyan, 69. Mario Mutş, 86. Olivye Till, 88. Marven Martens, 90+3 Rasim Ramaldanov, 17. Rauf Əliyev, 65. Ürfan Abbasov, 73. Cavid Hüseynov, 80. Sequn Adeniyi, 89.
Hakimlər: Keyt Kennedi, Stefen Donaldson, Kristian Fransis Hanna, Evan Boys (Şimali İrlandiya).
Hakim-inspektor: Milan Karadjiç (Serbiya).
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya).
Differdanj. Munisipal stadionu.

Fanat.Az