Video 19:59 28.10.2017

"Qəbələ" uduzdu, "Kəpəz" "Keşlə"yə qalib gəldi (VİDEO)

Topaz Premyer Liqasında X turun oyunları davam etdirilib. "Qaynarinfo" xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günə "İnter Arena"da start verilib. "İnter" adını dəyişdirərək "Keşlə"yə çevirildiyi gündə "Kəpəz"i qəbul edib. Turnir cədvəlinin son pillələrində qərarlaşmış rəqiblərin duelində iki qol vurulub və "Kəpəz" 2:0 hesablı qələbə qazanıb. Bununla da "Keşlə"nin qələbəsiz oyunlar seriyası 6-ya çatıb. "Kəpəz" isə mövsüm ərzində ikinci qələbəsini qazanaraq 7-ci pillə ilə fərqi minmuma endirib. 

Turun mərkəzi görüşündə "Zirə" "Qəbələ"ni qəbul edib. Ötən tur "Qarabağ"ı yenən "Qəbələ" uğuru davam etdirə bilməyib və 1:2 hesabı ilə yenilib. 43-cü dəqiqədə Cavid Hüseynov meydandan qovulduğundan azlıqda qalan "Qəbələ" buna baxmayaraq təsəlli qolunu vura bilib. "Zirə" Ötən tur əldən verdiyi ikinci pilləni geri qaytarmaqla yanaşı, bir oyun artıq keçirdiyi "Qarabağ"la fərqi bir xala endirib.

Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə yenib. Tura sabah "Neftçi" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.
 
Premyer Liqa
2017/18 mövsümü
II dövrə, X tur

28 oktyabr
Keşlə - Kəpəz 0:2
Qollar: Murad Qayalı, 15 (avtoqol). İlyas Səfərzadə, 64. 


Zirə - Qəbələ 2:1
Qollar: Milan Duriç, 18-pen. Sadio Tounkara, 38 - Famussa Kone, 71.
Qırmızı vərəqə: Cavid Hüseynov, 43.


 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

9

7

1

0

15:4

22

2

Zirə

10

6

3

1

18:8

21

3

Qəbələ

10

6

1

3

13:10

19

4

Sumqayıt

9

4

1

4

10:12

13

5

Neftçi

9

3

1

5

10:9

10

6

Səbail

9

3

0

6

5:13

9

7

Keşlə

10

2

2

6

7:14

8

8

Kəpəz

10

2

1

7

7:15

7

Bombardirlər

Mahir Mədətov (Qarabağ) - 5. Təmkin Xəlilzadə (Zirə), Riçard Qadze (Zirə), Amil Yunanov (Sumqayıt) - 4.

 
Qaynarinfo.Az