Xəbər lenti

Video 20:04 24.02.2018

"Qəbələ" uduzdu, "Neftçi" "Zirə"ni büdrətdi (VİDEO)

Topaz Premyer Liqasında XVII tura start verilib. Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə "Səbail" və "Qəbələ" meydana çıxıb. 6 oyunda uduzmayan "qırmızı-qaralar" debütantla oyunda meydanı xalsız tərk edib. Oyun "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qəbələ"nin ən yaxın izləyicisi "Zirə" də xal itirib. Ötən tur "Sumqayıt"a yenilən "Neftçi" bu dəfə üçüncü pillənin sahibini büdrədib - 1:1. "Zirə"dən İlkin Muradov qırmızı vərəqə alıb.

Qeyd edək ki, turun qalan iki oyunu sabah keçiriləcək. "Qarabağ" "Kəpəz"i, "Keşlə" "Sumqayıt"ı qəbul edəcək.
 
Premyer Liqa
XVII tur

24 fevral
Səbail - Qəbələ 2:1
Qollar: Vitali Vernidub, 25 (avtoqol). Fəhmin Muradbəyli, 56 - Baqali Dabo, 68.


Neftçi - Zirə 1:1
Qollar: İqnasio Herrera, 22 - Evans Uilyams, 30.
Qırmızı vərəqə: İlkin Muradov, 76.

 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

16

13

2

1

26:6

41

2

Qəbələ

17

11

2

4

31:17

35

3

Zirə

17

9

5

3

26:15

32

4

Sumqayıt

16

7

3

6

20:18

24

5

Neftçi

17

6

2

9

19:19

20

6

Səbail

17

5

2

10

12:24

17

7

Keşlə

16

3

3

10

11:25

12

8

Kəpəz

16

2

1

13

10:31

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 11.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->