Video 11:33 29.11.2017

"Qəbələ" "Zirə"yə qol vuran rumın futbolçunu transfer edir (VİDEO)

"Qəbələ" qış fasiləsində rumın futbolçu transfer etmək istəyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniyanın fanatik.ro saytı məlumat yayıb.

Bildirilir ki, "Qəbələ" Aleksandru Dandyanı heyətinə qatmağa çalışır. Bölgə klubunuün nümayəndələri hətta Rumıniya çempionatının XXVI turunun "Astra" - "Styaua" oyununu canlı izləyərək 29 yaşlı yarımmüdafiəçini iş başında görüblər. Dandya həmin oyunda 90 dəqiqə meydanda olub. 

Dandya "Astra"ya 2015-ci ilin yayında "Metalul"dan (Reşitsa) transfer olunub. O, hazırkı klubunda aylıq 15 min dollar maaş və əlavə bonuslar alır.

Dandya cari mövsümdə "Astra"nın heyətində 19 rəsmi oyuna çıxıb və 2 qol vurub. O, Avropa Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı iki oyun keçirib. İyulun 13-də Rumıniyada keçirilən və meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatan matçda 63 dəqiqə oynayan yarımmüdafiəçi 55-ci dəqiqədə "Zirə"nin qapısına ikinci qolu vurub. İyulun 20-də Bakıda baş tutan və 0:0 hesabı ilə yekunlaşan matçda isə 90 dəqiqə meydanda olub.

 
Aydın