İdman 17:37 03.02.2019

"Qəbələ"də baş məşqçi dəyişikliyi baş verib

"Qəbələ"nin baş məşqçi postunda sənəd üzərində dəyişiklik baş verib.

"Report"un məlumatına görə, bu addım UEFA-nın Lisenziyalaşdırma tələblərinə uyğun olaraq atılıb.

Komandanın baş məşqçisi Sənan Qurbanovun Pro lisenziyası olmadığından, bu vəzifənin icraçısı kimi rəsmi sənədlərdə Pro kateqoriyalı köməkçi-məşqçi Zaur Həşimov göstəriləcək.

Lakin iş bölgüsündə hər hansı dəyişiklik aparılmayacaq. Yenə Qurbanov baş məşqçi, Həşimov məşqçi səlahiyyətlərinə malik olacaq.