İdman 17:36 07.03.2018

"Qəbələ"nin baş məşqçisi: "Futbolçulara ana söyüşü söymüşəm"

"Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk maraqlı açıqlaması ilə yadda qalıb.

Qaynarinfo xəbər verir ki, ukraynalı məşqçi Qol.az-a verdiyi müsahibəsində futbolçuların anasını söydüyünü etiraf edib:

"Bəzən oyunun gedişatı zamanı futbolçulara ana söyüşü söymüşəm. Etiraf edirəm ki, belə söyüşü mən özüm də xoşlamıram. Əlbəttə, çox istəyirəm ki, bu mənim tərəfimdən bir də olmasın. Yaxşı hal deyil.

Söyüş söyülməməlidir. Həm də bütün dinlərə görə anaya söymək günah sayılır. Etiraf edirəm ki, bu, elə məqamdır ki, onu mütləq düzəltməliyəm”.