Ölkə 17:37 11.08.2018

Qəbul olduğunuz vakant yerdən necə imtina etmək olar?

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Mərhələnin nəticələri barədə müvafiq məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bununla belə düşdükləri vakant yerlərdən narazı qalan müəllimlərin sayı da az deyil. Bəs tutulmuş vakant yerdən imtina etmək üçün nə etmək lazımdır?

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsitutundan azedu.az-a verilən məlumata görə, vakant yerdən imtina etmək üçün İnsan Resursları Mərkəzinə gələrək bu barədə imtina ərizəsi yazılmalıdır Ona görə ki, tutulmuş yer müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə vakant yer olaraq çıxarılacaq.

Xatırladaq ki, vakansiyaya düşüb imtina edən şəxslər növbəti yerləşdirmədə iştirak edə bilməyəcəklər.