Dünya 10:08 03.09.2013

Qəddafinin kəşfiyyat rəhbərinin qızı oğurlandı

Liviyada Qəddafi dönəmində kəşfiyyat rəhbəri olmuş Abdulla Senussinin qızı oğurlanıb.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Anud Senussinin həbsxanadan çıxarkən baş verib.

Liviyanın ədliyyə naziri Salah Marqaninin bildirdiyinə görə, A.Senussinin olduğu avtomobil həbsxana qapıları yanında pusquya düşüb.
 
Qeyd edək ki, A.Senussi Liviya ərazisinə pasportsuz daxil olduğu üçün həbs edilib.

Qaynar.info