Foto 14:59 05.07.2018

Qədim körpələr ağaca dırmaşa bilib (FOTO)

2002-ci ildə Efiopiyada Çikaqo Universitetinin tədqiqatçıları tərəfindən tapılan qədim insana aid qalıqlarla bağlı yeni faktlar aşkarlanıb.

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, Selam adlandırılan və 3,3 milyon il yaşı olan skeletin sahibi cəmi 3 yaşında dünyasını dəyişib. Selam qədim insanın "Australopithecus afarensis" növünə aid edilir. 

Tədqiqatlar göstərir ki, o dövrdə azyaşlılar daha müstəqil olub. Selam onunla eyni ölçüyə sahib şimpanzeyə bənzədilir. "Australopithecus afarensis"ə aid edilən insanlar düz və iki ayağı üzərində yerisə də, Selamın anasına, həmçinin ağaca dırmaşmağı bacardığı təxmin edilir. Qədim insanın, hətta azyaşlıların belə meymunlar kimi ağaca dırmaşaraq vaxt keçirdiyi deyilir. Onlar ağacda yatır, bu yolla yırtıcı heyvanlardan qorunurdu. Selamın ayaqlarının tədqiqatı onun yeriməkdən daha çox dırmaşdığı və ağacda vaxt keçirdiyini göstərir. 

Gülşən