Ölkə 01:49 13.12.2012

Qənirə Paşayeva Hollandiyada türk dünyasına çağırış etdi

Moderator.az gunxeber.com-a istinadən xəbər verir ki,

 Deputat QənirəPaşayeva Haaqada, Hollandiya parlamentinin binasında keçirilən “DağlıqQarabağ məsələsi və Cənubi Qafqazın təhlükəsizlik problemi” mövzulukonfransda beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırıb.Benilüks Azərbaycanlıları Konqresi, Avrasiya Təhlükəsizlik və StratejiAraşdırmalar Mərkəzi, Hollandiya Türkevi Araşdırmalar Mərkəzi, Avrasiyaİqtisadi Əlaqələr Dərnəyi, Türk Demokratlar Birliyinin təşkil etdiyikonfransda danışan Qənirə Paşayeva Ermənistanı insan haqlarını ən kobudvə ən çox pozan ölkə adlandırıb.

“Media forum” saytınınməlumatına görə, deputat deyib ki, beynəlxalq təşkilatlar və ictimaiyyət1 milyon azərbaycanlı qaçqın və məcburu köçkünün tapdalanmaqda davamedən haqlarına biganə yanaşmamalı, qaçqın və məcburi köçkünlərin özevlərinə dönə bilməsi üçün Ermənistana təzyiqləri artırmalıdır. O,Hollandiya dövlətinin də beynəlxalq təşkilatların, BMT, ATƏT, AvropaŞurasının üzvlərindən biri kimi köçkün azərbaycanlıların pozulanhaqlarına qarşı öz etiraz səsini ucaltmağa çağırıb: “Bu gün moderndünyanın gözü qarşısında Ermənistan 1 milyon insanın haqlarını kobudşəkildə tapdalamaqda davam edirsə, insan haqlarına böyük önəm verənölkələr laqeyd qalmamalı, bu faciənin aradan qaldırılması istiqamətindəsəylərini daha da artırmalı, üzv olduqları beynəlxalq təşkilatlarınqəbul etdiyi qətnamələrin həyata keçməsi istiqamətində Ermənistanatəzyiqi artırmalıdır. Məhz bu təzyiqin olmaması üzündən Ermənistanişğalçılıq əməllərini davam etdirir”.

Qənirə Paşayeva tədbirdəiştirak edən türk dövlətləri və toplumlarının diaspor təşkilatlarınamüraciət edərək deyib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyisoyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətindəbütün türklər, türk dünyası birgə çalışmalı və səylərini dahaartırmalıdır: “Xocalı soyqırımı türklərə qarşı törədilmiş bir soyqırımıolaraq bütün türk dünyasının problemidir. Bu soyqırımı törədənlərinlayiqli cəzalarını alması, dünyanın bu soyqırımı pisləməsi və tanımasıistiqamətində bütün türk dünyası fəal iş aparmalıdır. Haradadoğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir türk insanıQarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səyləriniartırmalıdır”.