Ölkə 23:25 17.10.2018

Qərargah: "Sürüşmə sahəsində uçqunlar baş verir"

Badamdardakı sürüşmə zonasında monitorinqlər davam etdirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahının məlumatına görə, sürüşmə ərazisində saat 21-00-a olan monitorinq və müşahidələrin nəticələrinə əsasən sürüşmə sahəsində aktivlik davam edir.

Sürüşmə kütləsinin torpaq qatının kənarlarında çatlar müşahidə edilir. Ara-sıra uçqunlar baş verir.