Dünya 14:52 10.02.2013

Qərbdən İrana qarşı yeni müharibə

Qərbin İrana aid olan çoxsaylı televiziya və radio kanallarını dayandıraraq bu ölkəyə qarşı apardığı iqtisadi, siyasi, diplomatik, texniki və psixoloji müharibədə yeni səhifə açdı.

İranın ingilis, ərəb, ispan və fars dilində olan bir sıra televiziya və radio kanallarının bir-birinin ardınca yayımdan çıxarılması mətbuat azadlığına zərbə kimi qiymətləndirilir.

Bir müddət əvvəl İranın Press TV, Hispan TV, El Alem, El Kevser, Seher, iFilm kimi kanalları Eutelsat, İntelsat və Hispasat peykləri tərəfindən yayımdan qaldırılmışdı.

İranın BBC-si olaraq tanınan Press TV-nin bu dəfə ABŞ və Kanadaya olan yayımının da Galaxy 19 peyki tərəfindən siyahıdan çıxarılıb.

ABŞ və Avropa Birliyinə aid peyklərin 2012-ci ildən bəri 20-dən çox İran televiziya və radiosunu siyahıdan çıxardığı bildirilir.


Qaynar.info