Dünya 15:57 03.09.2013

Qəribə hadisə: Gün işığı maşını əritdi - FOTOLAR

Londonda qəribə hadisə baş verib.

Day.Az xəbər verir ki, 37 mərtəbəli "Walkie Talkie" göydələnindən əks olunan gün işığı "Jaguar XJ" avtomobilini əridib.

Biznesmen Martin Lindsey öz maşınını küçədə park edib. İki saatdan sonra geri qayıdanda görüb ki, maşınının bəzi hissələri əriyib.

Hadisəyə görə günahı binanı inşa edən tikinti şirkəti öz üzərinə götürüb və avtomobilin təmiri üçün 1500 dollar pul ayırıb.

Ekspertlər isə hesab edirlər ki, bina qövs şəklində olduğuna və gün işığını əks etdirmək qabiliyyətinə malik olduğuna görə belə bir hadisə baş verib.

Qaynar.info