Qətər əmiri Təmim bin Həməd Al Saninin ailəsinə məxusus təyyarədən biri satışa çıxarılıb.

Qaynarinfo xəbər verir ki, "Boeing 747-8” təyyarəsi ailəyə məxusu 14 hava gəmisindən biridir. 

Təyyarənin qiyməti 640 milyon dollardır. Dünyanın ən nəhəng avialaynerlərindən biri sayılan sözügedən təyyarənin tutumu 467 nəfərdir.

Təyyarədə böyük məsafələri səfər üçün bütün şərait möcvuddur. Daxilində bir neçə istirahət zonası, kabinet, konfrans zalına çevrilə bilən böyük qonaq otağı, kinoteatr, yataq, tibb kabineti və 10 vanna otağı fəaliyyət göstərir. Bütün mebel və əşyalar qızılla işlənib.