Sağlamlıq 19:10 21.10.2019

Qeydiyyatda olan narkomanların sayı açıqlandı

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il dekabrın 31-nə olan məlumatına əsasən, Mərkəzdə 31 min 432 nəfər qeydiyyatda olub. Onlardan 26 min 346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır.

Qaynarinfo xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən 626 nəfəri qadın, 227-si toksikoman, 21 min 872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

Cari ilin doqquz ayında 3947 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 2091 nəfərdə narkotikdən istifadə aşkarlanıb. Onlar müvafiq qeydiyyata götürülüblər.