Maqazin 16:35 29.09.2014

“Qeyrətsiz qeyrətdən, ailəsi olmayan da ailədən danışır” - Nadir


“Qeyrətsiz qeyrətdən, ailəsi olmayan da ailədən danışır”.

Gecce.az -ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “Günəbaxan” verilişində deyib.

O, bəzi şou nümayəndələrini “ağ yuyub, qara sərib”: ”Bu şou aləmində hər cür insanlara rast gəlmək olar. Mənə elə gəlir ki, bəzi efirlərin günahı var ki, qeyrəti olmayanı, çağırırlar verilişə qeyrətdən danışmağa. Həmin adamda camaata qeyrətdən dərs keçir. Əri olmayanı çağırırlar, ailədən danışır. Uşağı olmayanda uşaq dərsi keçir. Ay başınıza dönüm imkan verin, yerimizdə oturaq. Adama demək lazımdı ki, “ay bajı” get otur evində, bozbaşını bişir. Sən bizə, ümumiyyətlə Azərbaycan xalqına ailədən, qeyrətdən dərs keçmə. Çünki sənin leksikonunda ailə, qeyrət, namus sözü yoxdur. Gecə saat 2-də ya da 3-də evinə gələn qadın hansı ailədən danışa bilər? Bəsdirin artıq, camaat bezib...”

Qaynar.info