Foto 10:02 26.05.2018

Qeyri-adi canlı aşkarlandı: nə canavardır, nə də it... (FOTOLAR)

ABŞ-da Montana ərazisində canavarabənzər qeyri-müəyyən canlı öldürülüb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkənin vəhşi təbiət mütəxəssisləri canlının hansı növə aid olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirlər. Onlar bu canlının canavar olmasına şübhə edirlər, çünki onun dişləri çox qısa, qabaq əlləri çox balaca, pəncələri isə çox böyükdür. Heyvan həmçinin iri qulaqlara, boz çalarlı kürkə, iri kəllə və uzunsov çənəyə sahibdir. Bu canlının qurd adam, bala ayı və ya böyükayaqlılar növünə aid olması ehtimallar arasındadır. Bəziləri isə onun canavar və itin hibridi olduğunu bildirir.

Qeyri-adi heyvanın növünü müəyyənləşdirmək üçün DNT analizi aparılacaq. 

Gülşən