Foto 11:11 13.08.2019

Qeyri-adi evlər satışa çıxarıldı (FOTOLAR)

Məşhur Amazon şirkəti 23800 dollara prefabrik genişlənə bilən konteyner evlər satışa çıxarıb. 

Qaynarinfo xəbər verir ki, dünyanın ən vacib elektron ticarət platformalarından biri olan Amazonda eviniz üçün tualet kağızından tutmuş mətbəx ləvazimatları, sobadan tutmuş xalçaya qədər hər şey tapa bilərsiniz. İndi isə onlayn pərakəndə satış nəhəngi yalnız ev aksesuarlarını deyil, həm də evlərin özünü satışa çıxarıb. 

Ev Çin modul evləri satan "Hebei Weizhengheng Modular House Technology Group" tərəfindən yaradılıb. Evdə həm külək, həm də günəş sistemləri, mətbəx otağı, tualet və duşu olan vanna otağı, həmçinin yaşayış sahəsi var. 
 
Nərmin Həsənli