Foto 11:35 10.01.2018

Qəzada ölən Reyhanın atası da alpinistləri axtarır (FOTOLAR)

Ötən il iyunun 28-də yol qəzasında vəfat etmiş dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın atası İlqar Məmmədov da "Tufandağ”da itkin düşən alpinistlərin axtarışına cəlb olunub.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, İ. Məmmədov ötən gün qərargahda görülən işlərlə tanış olan jurnalistlərin diqqətindən yayınmayıb.

Qeyd edək ki, İ.Məmmədov da qaya dırmanma üzrə Azərbaycanda tanınmış simalardandır.