Qəzaya düşən Sayqa Cahid səhhətindən danışdı (VİDEO)

Qəzaya düşən Sayqa Cahid səhhətindən danışdı (VİDEO)

Azərbaycanlı aparıcı-prodüser Sayqa Cahid qəzaya düşüb.

Qaynarinfo xəbər verir ki, ARB TV-nin "Üçəlli” proqramının canlı efirində prodüserlə telefon bağlantısı yaradılıb.

Telefon bağlatısı zamanı S. Cahid hadisə haqqında özü məlumat verib:

"Mənə göz dəydi. Yaxşı ki, Həsrət mənə efir zamanı üzərlik yandırdı. Şükür ki, avtomobilin hava yastıqları açıldı və sadəcə əzildim. Yaxşı qurtardım. O maşının içindən sağ çıxmağım özümə də müəammalıdır. Allah heç kimə o şoku yaşatmasın".

Telefon bağlatısı zamanı efirə qonaq olan aktrisa Oksana Rəsulova və müğənni Niyam Salami də Sayqa Cahidə keçmiş olsun diləklərini çatdırıb. Söhbət əsnasında Niyam Salami də ötən gün qəza keçirdiyini deyib.

XƏBƏRLƏR
BLOGLAR