Moskva ətrafında qəzaya uğrayan "An-148" sərnişin təyyarəsinin helikopterlə toqquşduğu bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mediası hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Helikopterin "Rusiya Poçtu"na məxsus olduğu bildirilir. "Rusiya Poçtu" isə idarəyə məxsus vertolyotun "An-148" təyyarəsi ilə toqquşmasına dair məlumatı təkzib edib.

Hadisə yerində 50 cəsəd tapılıb. Təyyarədə 65 sərnişin və 6 ekipaj üzvü olub.