Dünya 10:33 04.05.2013

Qəzaya uğrayan təyyarədən xəbər: Meyitlər tapıldı

Ötən gün Qırğızıstanın Qazaxıstanla sərhədi yaxınlığında qəzaya uğrayan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin ekipajının iki üzvünün cəsədləri hadisə yerində tapılıb.

APA-nın məlumatına görə, bu barədə «RİA Novosti» agentliyinə Qırğızıstan FHN-dən bildirilib.

ABŞ Hərbi Hava Qüvvələrinin Tranzit daşımaları Mərkəzinə məxsus olan bu «KS-135» yanacaq-dolduran təyyarəsi Bişkək şəhəri yaxınlığında yerləşən Manas hərbi bazasından göyə qalxaraq Çuy vilayətinin Panfilov rayonundakı yüksək dağlıq ərazidəki dərədə qəzaya uğrayıb. Hadisə paytaxtın 60 km, Qazaxıstanla dövlət sərhədinin isə 10 km yaxınlığında baş verib. Təyyarənin göyərtəsində üç ekipaj üzvünün, onlarının hamısının isə ABŞ vətəndaşı olduğu bildirilir.

Qaynar.info