Video 12:37 20.06.2018

Qəzəya düşən Türkandan xəbər var: özü danşdı (VİDEO)

Uzun zamandır həkim nəzarətində və xəstəxana şəraitində yatan Türkan Vəlizadədən yeni xəbər var.

Qaynarinfo xəbər verir ki, bu barədə ARB TV-nin "Səhər-Səhər” verlişində videogörüntü yayımlanıb. 

Müğənni səhhəti haqqında özü məlumat verib: "Hər kəsi salamlayıram. Artıq sağalmağa doğru gedirəm. Şükürlər olsun. Gələn bütün sənətçi dostlarıma təşəkkür edirəm, minnətdaram, əziyyət çəkmisiniz. Tezliklə, inşallah yeni mahnılar, yeni kliplər olacaq. Narahat olmayın hər şey yaxşıdır. Tezliklə ayağa qalxacam”.

Qeyd edək ki, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı müğənni Türkan Vəlizadə 2 iyun gecə saatlarında müğənni həmkarı Zeynəb Həsəni ilə avtomobil qəzasına düşmüb. Qəzaya səbəb isə yağışlı hava şəraiti olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.