Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52 nəfərə çatıb.

Bu barədə Qəzza Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. 

Yaralananların sayının isə 2400 nəfərdən çox olduğu bildirilir. 

***
Bu gün Qüdsdə ABŞ-ın İsrail səfirliyinin açılışı keçiriləcək.

Qaynarinfo Haaretz-ə istinadən xəbər verir ki, Qəzza bölgəsində ABŞ və İsrail əleyhinə etiraz aksiyalarına start verilib. Nümayişlərdə 35 min nəfər iştirak edir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, sərhəddə yaşanan qarşıdurmalarda artıq 16 fələstinli öldürülüb, 900 nəfər isə yaralanıb. İsrail əsgərləri nümayişçilərə atəş açır. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etmiş və səfirliyin Tel-Əvivdən bu şəhərə köçürüləcəyini vəd etmişdi.

Gülşən