Video 21:02 11.11.2017

Qida təhlükəsizliyi funksiyası yeni agentliyə veriləcək (VİDEO)

"Bir neçə qurumdan qida təhlükəsizliyi funksiyaları alınaraq vahid mərkəzdə cəmləşəcək". "Qaynarinfo" "Xəzər TV"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində lazım olan hüquqi baza, sənədləşmə artıq başa çatıb.

Əli Əhmədov bildirib ki, "Qida Təhlükəsizliyi Agentliyi yeni bir qurumdur və onun üzərinə çox böyük vəzifələr qoyulub. Azərbaycanda insanların sağlam qida ilə təmin edilməsi istiqamətində addımlar atılması çox böyük əhəmiyyət kəsb edir. Vəzifə bölgüsü, hansı qurumlardan hansı səlahiyyətlərin alınması ilə bağlı iş aparılır.

Baş nazirin müavinin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi öz funksiyaları çərçivəsində nəzarət işini həyata keçirəcək.


Qaynarinfo.Az