Dünya 22:33 26.06.2013

Qırğızıstan ABŞ-la "Manas" müqaviləsini ləğv etdi

Qırğızıstan Prezidenti Almazbek Atambayev "Manas" Tranzit daşımaları mərkəzi üzrə ABŞ ilə imzalanmış sazişin ləğv edilməsi barədə qanunu təsdiq edib. Trend-in məlumatına görə, bu barədə KirTAQ agentliyi dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

Qırğızıstanın Joqorku Keneşi (parlament) adıçəkilən qanunu iyunun 20-də qəbul edib.

Qanun 2014-cü il iyulun 11-dən qüvvəyə minir.

Qaynar.info