Sənət 17:21 08.07.2014

Qızı Ermənistana sığınan bəstəkar danışdı

“Biz onlardan imtina etmişik” 

Bu ilin yanvar ayının 29-da Gürcüstan-Ermənistan sərhədindəki “Baqrataşen” sərhəd-keçid məntəqəsindən həyat yoldaşı Cavid Orucovla Ermənistana keçən Röya Mirzəyevanın atası, tanınmış bəstəkar, Azərbaycanın dövlət himninin yeni aranjimanının müəllifi Rauf Əliyev qızından imtina edib. 

Qaynar.info xəbər verir ki, bu barədə AzNews.az-ın əməkdaşı ilə söhbətində R.Əliyevin özü bldirib: “Onunla heç bir əlaqəm yoxdur. Onlar tamamilə ayrı ailədir və mənə heç bir dəxli yoxdur. Biz onlardan imtina etmişik. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm. İstəməzdim ki, kimsə də danışsın”. 

Qeyd edək ki, Rauf Əliyevin bu və digər məsələlərlə bağlı geniş müsahibəsini gün ərzində AzNews.az-dan oxuya bilərsiniz. 

Qaynar.info