Foto 10:14 20.05.2018

"Qızıl Palma Budağı" mükafatı öz sahibini tapdı (FOTOLAR)

Dünən gecə saatlarında dünyanın ən nüfuzlu film mükafatlarından olan Qızıl Palma Budağı öz sahibini tapıb.

Qaynarinfo xəbər verir ki, Fransanın Kann şəhərində keçirilən film festivalının qalibi "Manbiki  Kazoku" filmi ilə yapon rejissor Hirokazu Kore-eda olub. Amerikalı rejissor Spayk Liinin "BlacKkKlansman" filmi "Qrand Pri"yə layiq görülüb. Bu il festivalda iştirak etməyən digər dünya şöhrətli rejissor Jan Lük Qodard isə uzun illər ərzində film sahəsində gördüyü işlərə görə xüsusi "Palme d’Or"la təltif edilib. Digər mükafatçıların siyahısını təqdim edirik:

Ən yaxşı aktrisa mükafatı: qazaxıstanlı Samal Yeslyamova (Ayka filmi)

Ən yaxşı aktyor: italyan Marçello Fonte (Dogman filmi)

Livanlı rejissor Nadine Labaki "Capernaum" filminə görə münsiflərin xüsusi mükafatına layiq görülüb.

Ən yaxşı ssenari mükafatının qalibləri: "Happy as Lazzaro" (Alis Rorvaçer) və "Three Faces" (Cəfər PənahiNadir Saeyvar) filmləri.

Gülşən